Qəzzafinin oğluna sui-qəsd

Həbsdə saxlanılan Seyfülislama hücum olub, onun taleyindən xəbər yoxdur

Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin oğlu Seyfülislama həbsxanada hücum ediblər. Xəbəri “Frans Press” agentliyi Haaqa Beynəlxalq Cinayət Məhkəməsindəki mənbəyə istinadən yayıb. Mənbə insidentin təfərüatlarını açıqlamayıb. Qəzzafinin oğlunun vəziyyəti barədə də məlumat yoxdur.

Əlavə edək ki, Seyfülsilam Qəzzafi ötən ilin noyabrından Liviyada üsyançıların nəzarətindəki həbsxanada saxlanılır. O, Liviyadakı vətəndaş müharibəsi dövründə bəşəriyyətə qarşı cinayətlərdə şübhəli bilinir. Öldürülmüş diktatorun oğlu öz ölkəsində mühakimə ediləcək. Lakin məhkəmə prosesinin başlanma vaxtı məlum deyil. Seyfülislamın həbsindən sonra Liviyanın yeni hakimiyyəti bəyan edib ki, onu beynəlxalq hüquq normalarına cavab verən ədalətli məhkəmə gözləyir.

azadliq.info