“Azavad” adlı separat respublika elan edildi

Malinin şimalında silahlı mübarizə aparan üsyançı tuareqlər zəbt etdikləri ərazidə yeni respublikanın yarandığını elan ediblər.  Malinin şimalında böyük ərazini zəbt edən “Azavadın azadlığı uğrunda xalq hərəkatı” təşkilatının üzvləri silahlı münaqişəni dayandırdıqlarını elan etmişdilər. Köçəri tuareqlər beynəlxalq ictimaiyyətə dövlətlərinin suverenliyinin tanınması üçün müraciət ediblər.
6 aprel 2012-ci il Azavad respublikasının yarandığı gün elan edilib.Tuareqlərin müstəqillik uğrunda separat müharibəsi Liviyada Qəzzafi hakimiyyətinin devrilməsindən sonra başlamışdı. Beynəlxalq ekspertlər yeni yaranan separat şəriət  respublikasının “Əl-Qaidə” üçün təlim bazasına çevriləcəyindən ehtiyat edirlər.

azadliq.info