«Gilan»ın mənzillərinə iranlı köçü

Fövqəlnazirin Lənkəranda tikdirdiyi binalarda evləri Iran kökənlilər alır

Bir qədər əvvəl “Gilan Holdinq”in Lənkəranda tikdiyi yaşayış binalarındakı mənzillər satışa çıxarılsa da, onlara yiyə duran yoxdur. Söhbət ondan gedir ki, sayı ona çatan bu çoxmərtəbəli binalarda mənzillərin qiyməti çox bahadır. Üstəlik, kreditlə almaq da mümkün deyil. 1 otaqlı mənzilin 30 min manatdan başlayan qiyməti çox az sayda lənkəranlının imkanı daxilindədir.
Rayondakı mənbəmizin dediyinə görə, mənzillərin baha olmasına baxmayaraq bu binalarda artıq iyirmiyədək mənzil satılıb. “Amma onları yerli camaat yox, Iran vətəndaşları alıb. Iranlılar əsasən 3-4 otaqlı mənzillərə üstünlük veriblər. Düzdür, hələ bu mənzillərdə yaşayan yoxdur. Mənzil sahibləri sadəcə onların qapılarını dəyişərək vətənlərinə gediblər. Amma şübhə yoxdur ki, Iran ətrafında münaqişə qızışarsa, müharibə başlayarsa, onlar Lənkərana köç edəcəklər” – deyə mənbə bildirib.

Informasiya şöbəsi