ALP də 8 aprel mitinqinə dəstək verdi

Azərbaycan Liberal Partiyası İctimai Palatanın 8 aprel mitinqinə dəstək ifadə edən bəyanat verib. Bəyanatda deyilir:

İctimai Palatnın aprelin 8-də Bakı şəhərinin mərkəzində “Nəriman Nərimanov” və ya “Təbriz” kinoteatrları qarşısında mitinq keçirmək xəbərdarlığı ilə Bakı şəhər icra hakimiyyəti başçısına müraciət etmişdir.

Lakin, İcra Hakimiyyəti başçısı İP-nın gösrərilən yerlərdə mitinq keçirməsinə icazə verməmiş və şəhərin ucqar yerində – 20 ci Sahədə stadionda mitinq keçirməyə icazə vermişdir.

ALP icra hakimiyyətinin bu addımını iqtidarın sərbəst toplaşma azadlığının məhdudlaşdırmasına yönəlmiş növbəti addımı kimi dəyərləndirir.

ALP İP-nın şəhərin mərkəzində mitinq keçirmək tələbini və mitinqin tələblərini ədalətli sayır.

ALP üzvlərinin, tərəfdarlarının və seçicilərinin bu mitinqdə könüllü iştirakını təqdirəlayiq sayır.