Sarkozi seçkil öncəsi çətin vəziyyətdə

Fransa cəmiyyəti bahalı hədiyyələrın hesabatını istəyir

Fransada prezident seçkiləri yaxınlaşdıqca hazırki ölkə başçısı Nikola Sarkoziyə qarşı ittihamlar artıb. Müxtəlif illərdə adı rüşvət qalmaqalların hallanan Sarkozi isə bu ittihamlara cavab verməyib. Məhz buna görə də Avropanın nüfuzlu media qurumları prezidentin susmasını sərt tənqid edir.

Almaniyada alman və fransız dilində yayımlanan “Tageszeitung” jurnalında dərc olunmuş məqalədə deyilir ki, ölkə başçısına 2007-ci ilin seçki kampaniyasında qeyri-leqal maliyyələşmə ilə bağlı heç də xoş olmayan suallar verilir:“Qəzzafinin milyonlarından sonra söhbət “L’Oréal” parfümeriya şəbəkəsinin sahiblərindən biri Liliana Betankurun nağd pullarla verdiyi hədiyyələrdən düşüb. Sakozi etiraf edib ki, 2007-ci ilin fevralında Betankur cütlüyü ilə görüşüb, lakin əvvəl o bu məlumatları təkzib edirdi. Qalanlar haqda danışmaqdan imtina edir”.

azadliq.info