Ziya Məmmədova külli miqdarda pul atıblar

Nazir şirkətlərinin birində yoxlamalara başlayıb

Nəqliyyat naziri Ziya Məmmədov özünə məxsus şirkətlərdən birində yoxlamalara başlayıb. Nazirin sahibi olduğu “ZQAN Holding”dən “Azadlıq”a sızan məlumatlara görə, yoxlamaların səbəbi şirkətdə fantastik məbləğdə pulun mənimsənilməsidir. Bəzi məlumatlara görə, yoxlamalar nazirin biznesini idarə edən Türkiyə vətəndaşı Bülent Karaninin rəhbərlik etdiyi “Azərinşaat” şirkətində aparılır.
Bildirilir ki, nazir baş verənlərdən ciddi narahatdır. Hətta o səviyyədə ki, xəbərin kənara çıxmasını da istəmir. Məlumatlarda deyilir ki, artıq həmin şirkətdə çalışan 6 Türkiyə vətəndaşı işdən çıxarılıb. Həmin şəxslər Bülent Karanıya yaxın şəxslərdir. Lakin bütün bunların arxasında onun dayanıb-dayanmadığı bəlli deyil.

İnformasiya şöbəsi