“İnqilab qaçılmazdır”

Aleksey Navalni: “Rusiyanın ən böyük problemi dövlətin mafiyaya çevrilməsidir”
 
Aleksey Navalni… Kimlərsə onu mikrobloqqer, kimlərsə aktivist, kimlərsə siyasətçi adlandırır. Navalni üçün bu çox da əhəmiyyətli deyil… Alekseyin əsas məqsədi korrusiyalaşmış, oğru və quldurlardan ibarət olan Vladimir Putin başda olmaqla onun komandasını Rusiyadan rədd etməkdir. Ətrafındakılar ona “Rusiyanın gələcək prezidenti” deyə müraciət edir. O isə bunu gülüşlə zarafat adlandırır.
 
ABŞ-da çap olunan, dünyaca nüfuzlu Foreign Policy jurnalı bu yaxınlarda Aleksey Navalninin adını Anti-Putin Briqadasının lideri kimi göstərib. Aleksey Navalni demək olar ki, hər yazısında, hər müsahibəsində, hər çıxışında Putini birbaşa oğru və quldur adlandırır, onu rus xalqının sərvətlərini oğurlamaqda ittiham edir.
 
“Azad Gənclik” Təşkilatı Aleksey Navalniyin müsahibələrdən seçilmiş fikirləri tərcümə edib.
 
 
İki ildən artıqdir ki, bloqumda şəxsi heç nə yazmıram.
 
Valideynləri hərbçi olanların uşaqlıq dostları olmur, çünki onlar həmişə köçürlər.
 
Mənim əsas qəhramanım Arnold Şvartsneqr olub və indi də odur.
 
Məktəbdə məni yalnız yuxarı sinifdə oxuyanlar döyə bilərdilər.
 
Mühacirət məsuliyyətdir. Kimlərsə hesab edir ki, mühacirət övladları qarşısında məsuliyyətdir, uşaqların yaxşı yaşaması üçün köçmək lazımdır. Amma mən hesab edirəm ki, məsuliyyət övladlarımın vətəndə qalmaq istəyini təmin etməyimdir.
 
 
Mənim qızım hər yerdə deyir ki, mənim atam yaramazlarla (“julik”lərlə) mübarizə aparır. Hətta məktəbdə Putinin yaramaz olduğunu deməkdən belə çəkinmir. Həyat yoldaşım əsəbləşir, hesab edir ki, bu bizə problem yarada bilər. Buna baxmayaraq qızımızın atasının mübarizə aparması fikri xoşuna gəlir. Məncə indi o hələ anlamır atası Robin Quddur, ya yox. Doqquz yaşlı uşaq üçün atasının yalnız yaxşılar tərəfdə olması mümkündür.
 
Düşünmürəm ki, oyuncaq silahlar uşaqları zora meyilli edir. Uşaqlar müharibə oyunları oynamağı sevirlər. Amma bu o demək deyil ki, onlarda oyuncaq nüvə bombası varsa, gələcəkdə əsl atomdan istifadə etmək istəyəcəklər.
 
Cəza olaraq uşaqlarımı küncə qoyuram. Amma ən effektiv cəza televizora baxmağa qadağa qoymaqdı.
 
Mənim ən yaxın dostum həyat yoldaşımdır. Mən ona tez tez “Simpsonlar” cizgifilmindən olan bu ifadəni deyirəm: “Sən mənə baxmayanda, mən divanda uzanıb yemək yeyə bilmirəm“.
 
 
Bütün kanallar demək olar ki, eyni yalanları danışırlar. Amma mənə ən çox NTV-nin yalanları toxunur, çünki onlar daha hiyləgərcəsinə yalan danışırlar. Mənə Yekaterina Andreyevnanın necə yalan danışması maraqlı deyil. Çünki o sadəcə ekranda olan cansız bir simadır. Amma canlı insana oxşayanlar yalan danışanda adam daha çox əsəbləşir.
 
Mənim bloqum ona görə var ki, KİV-də senzura var.
 
Tez-tez eşidirəm ki: “Navalni filan şeyi yazmadı, qorxdu”. Axı mən hər korrupsiya çəkişmələri, oğurlanan milyardlar haqqında yaza bilmərəm. Onda gərək mən hər gün 10 dənə yazı yazım.
 
Mənim informasiya mənbələrim elə də yüksək səviyyəli deyil. Məsələn, hansısa şirkətdə bir nəfər işləyir və aldığı normal miqdardakı maaşının yarısını ipoteka kreditinə verir. Və birdən fikir verir ki, hansısa eybəcərlər heç nə etmədən bütün xuliqanlıq işinlərini onun üstünə atıb, yüz milyonlar qazanırlar. Bu da həmin adamı hirsləndirir və kiməsə danışmaq istəyir.
 
Deyirlər ki, mən Seçinə işləyirəm və onun əmrləri ilə “Qazprom”u ləkələyirəm. Bir də deyirlər ki, mən Stas Belkovskiyə işləyirəm, bu artıq milliyətçilikdir. Radikal millətçilər isə deyirlər ki, mən yəhudilərə işləyirəm. Mən Yel Universitetinə (ABŞ, Konnektikut ştatı, Nyu-Heyven şəhəri – “Azad Gənclik”) oxumağa gedəndə amerikalılara işləməyim versiyası daha çox məhşurlaşdı. “TransNeft”in rəhbəri Tokarev ümumiyyətlə deyirdi ki, mən Makkeynin tapşırıqlarını yerinə yetirirəm. Bunu mən heç anlaya bilmirdim ki, niyə məsələn Sara Peylin yox, məhz Makkeyn?
 
Bizdə hər yerdə dəyirmanlar qurulub. Nə edirsənsə, elə hesab olunur ki, sən kiminsə dəyirmanına su tökürsən.
 
 
“Vahid Rusiya” partiyasında mənim bəyəndiyim insanlar da var. Amma yenə də əgər sən “Vahid Rusiya”ya üzv olmusansa, deməli sən oğrusan. Oğru deyilsənsə də, deməli  xuliqansan, çünki adınla digər xuliqanların və oğruların yanındasan. Bu gün heç kimin başına Yekaterina Andreyevna olmadığı üçün tapanca dirəməzlər. Ən pis halda, əgər sən “Vahid Rusiya”nın üzvüsənsə, heç olmasa sakit otur. Sizin jurnalınızda ana söyüşü olar?  Bax, deyin görək Maşkovun dilindən kim dartırdı, niyə o yaxşı aktyor kimi qalmaq üçün sakit durmaq şansını əldən verdi?
“Vahid Rusiya” – oğrular və xuliqanların partiyasıdır. 
 
Rusiyanın ən böyük problemi dövlətin mafiyaya çevrilməsidir.
 
İnqilab qaçılmazdır. Ona görə ki, insanların əksəriyyəti sistemin düzgün olmadığını başa düşürlər. Məmurların məclislərində oturanda görürsən ki, söhbətlərinin əksəriyyətinin mövzuları bunlardır: kim nə qədər oğurladı, niyə heç nə işləmir və hər şey necə dəhşətlidir.
 
Hamı vicdanla yaşamağa hazırdı. Gürcüstana baxın. Ən yuxarıda oturan 20 nəfər qanunlara riayət etməyə başlasa, qalanlarını da qanun və qaydalara riayət etməyə məcbur edərlər.
 
Dəyişikliklər süni olmayan inkişafdan başlayacaq. Tunisdə hər şey bir nəfərin özünü meydanda yandırması ilə başladı. Hələ bu hadisələrdən xeyli əvvəl  “Yel”ə məhşur tunisli müxalifətçi gəlmişdi. O mənə deyirdi: “ Siz Rusiyada necə də xoşbəxtsiniz, sizdə azad internet, “twitter” var, bizdə isə bunların hamısı müxalifətlə birlikdə sıxışdırırlar, azadlıqları boğurlar”. O, tunisli müxalifətçilərin aksiyalarından videolar göstərirdi: bizim “Strategiya-31” onların yanında minnilliyin inkişafı idi. Onların aksiyalarında, təxminən on nəfər adam ağ gödəkçədə etiraz əlaməti olaraq kafedə oturmuşdular, bu vaxt 30 xarici jurnalist kafeyə daxil olmuş və sonra hamısını polis həbs etmişdi. Və son! Keçən dekabrda onlar Parisə getməyi, ordan mübarizə aparmağı planlaşdırırdılar. Bir aydan sonra o nazir oldu. Bununla belə, Tunisdə xüsusi elita var idi, əhali qonşu ölkələrə nisbətdə yaxşı yaşayırdı, bütün xuliqanlar Bin Əlini dəstəkləyirdi, çünki Fransanın cənub sahilində dəbdəbəli yaşamaq imkanına malik idilər. Və bir ay ərzində balaca bir şəhərdə hansısa alverçi özünü yandırdığına görə hər şey alt-üst oldu.
 
Dəyişikliyi yalnız narazı insanlar edə bilər. İndi isə belələrinin sayı çoxdur.
 
Putin bizimçün Sinqapurun baş naziri Li Kuan Yu ( 1959-1990-cı illərdə Sinqapurun baş naziri, belə desək sinqapur iqtisadi möcüzəsinin müəllifi. – Esquire) olsaydı, mən ona çox şeyi bağışlayardım. Bəli, o totalitar rejim yaradardı, amma eyni zamanda xuliqanları da qovardı. Amma Putin Li Kuan Yu ola bilməz. O ruslar üçün heç Lukaşenko da ola bilməz.
 
  
Mən bilmək istəyərdim ki, Putin öz yaratdığı sistemə nə dərəcədə inanır, nə qədər əmindir ki, onun sistemi sona qədər dayanacaq? Xüsusəndə Qəddafinin edam kadrlarını gördükdən sonra. Axı o da “zor” oğlanlardan idi.
 
Təssəvür etsək ki, mənə “Birinci kanal”da bir dəqiqə efir verilir, çətin ki mən bu vaxtda insanlara həqiqəti çatdıra bilim. Mənim heç belə sehrli söz ehtiyatım da yoxdur. Amma mən ən əsas yalan haqqında danışmağa cəhd göstərərdim. Ölkəmizin ən böyük yalanı budur – baxmayaraq ki, Rusiya əsas neft ixracatçısıdır və son üç il ərzində iki trilyon dollar qazanmışıq, bu pullar Putinin gətirdiyi konkret adamlar tərəfindən oğurlanır. Bu da onların soyadları. Onlar rus vətəndaşlığından imtina etməklə ölkəni satdılar. Bizi isə soyurlar, ona görə də gəlin çalışaq bu adamları həbsxanaya salaq.
 
Seçkilərdə “Vahid Rusiya” partiyasından başqa istənilən partiyaya səs vermək olar. 
 
Nədənsə hamı məndən “Gəlin həyətlərimizi abadlaşdıraq, təsərrüfatımızı təkmilləşdirək” cümləsini gözləyir. Amma məncə ilk növbədə öyrənmək lazımdır ki, indiyə qədər həyətləri abadlaşdırmaqçün üç dəfə ayrılan pullar hara gedir. Əvvəlcə həyəti yox, Kremli səliqəyə salmaq lazımdır.
 
Xeyriyyəçilik indi günahlarını yumaq kimi bir şeyə çevrilib. Kimdənsə soruşursan: “Niyə oturmusan heç nə etmirsən?” O isə cavab verir: “Mən kimsəsiz uşaqlara yardım edirəm, siz siyasətçilər isə ancaq danışırsız. Mən isə konkret işlə məşğulam”. Amma bunları müqayisə etmək yalana bərabərdir: “Mən aktiv siyasi mövqe tutmayacam, çünki mən uşaqları kömək edirəm”. Konkret bir uşağa kömək etməkdənsə, çalışıb minlərə kömək etmək lazımdır.
 
Mən fikirləşirəm ki, 1976-1982-ci il təvəllüdlülər siyasətdə iştirak etməyə başlayanda  həyat daha tez dəyişəcək.
 
Ən yaxşı istirahət uzağa gedib, hamıdan gizlənmək və heç kimlə danışmamaqdır. Amma iki-üç gündən sora insanlarçün darıxmağa başlayıram.
 
 
 “Bəsdir Qafqazı yedizdirdik” şüarı məncə çox cırnadıcıdır. Biz ona aydın nəzər salsaq, burda Cənubi Qafqazın daha çox “doymuş” elitası nəzərdə tutulduğunu görərik. Amma şüara bütün mənfi cəhətləri yazmaq olmur. “Torpağı kəndlilərə” –  şüarı yaxşıdı, amma bütün torpaq sahibləri oğraş deyil axı, yazıçı – torpaq sahibləri – yaxşıdırlar, ona görə də gəlin belə yazaq: “Torpağı – kəndlilərə, amma yalnız Aleksandr Blokun əmlakını yandıraq!”
 
azadliq.info