AMİP İctimai Palataya qayıdır

“AMİP-in İctimai Palatada iştirakı gündəmdədir. Biz İctimai Palatanı Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunan bir təşkilat kimi qəbul edirik”. Bu sözləri Modern.az-a açıqlamasında partiya sədri Yusif Bağırzadə müxalifət qurumu ilə münasibətlərinə aydınlıq gətirərkən deyib. AMİP sədrinin sözlərinə görə, müxalifət partiyalarının toplandığı siyasi təşkilatı birmənalı şəkildə qəbul edir və dəstəkləyir:

“İctimai Palata ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Biz İctimai Palatanı Azərbaycan ictimaiyyəti tərəfindən qəbul olunan bir təşkilat kimi qəbul edirik. Bizim orda iştirakımız gündəmdədir. Bizim üzvlərimiz İP-in aşağı palatasında təmsil olunurlar. Mən AMİP sədri kimi Koordinasiya Şurasında təmsil olunmuram. Bununla bağlı söhbətimiz olub. Qeyd edim ki, bu quruma yolumuz açıqdır. Biz istərdik ki, İP güc mərkəzi kimi daha geniş formatda olsun”-deyə Y. Bağırzadə vurğulayıb.