Rusiyanın Tümen şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. “RİA Novosti”nin yerli mənbələrə istinadən verdiyi məlumata görə, hadisə ATR-72 markalı Tümen-Surqut təyyarəsində baş verib.
“Yuteyr” aviaşirkətinə məxsus təyyarəTümen-Surqut reysini həyata keçirimiş. Göyərtədə 39 sərnişin və 4 ekipaj üzvü olub. Təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra Tümen hava limanından 40 kilometr aralıda yerə düşüb və alovlanıb.
Sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Tümen üzrə idarəsinin mətbuat xidmətinin məlumatına görə, ATR-72 təyyarəsində olan 43 nəfərdən 11-i sağ qalıb. Yaralılar ağır vəziyyətdə vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil, faktla bağlı cinayət işi açılıb. Hadisə yerində araşdırma aparılır. Fövqəladə Hallar Nazirliyinin içində həkim və xilasedicilərin olduğu 3 təyyarəsi paytaxt Moskvadan Tümenə yola düşüb (ans press).