Dünyanın diqqəti “Nou Kamp”da
Bu gün Çempionlar Liqasının ilk 2 yarımfinalçısının adına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, Barselona və Münhendəki qarşılaşmalarla 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Qarşılaşmalardan ən çox maraq kəsb edəni “Milan” və “Barselona” arasında olacaq. İlk oyunda heç-heçə ilə kifayətlənən rəqiblər “Nou Kamp”da üz-üzə gələcəklər. Bu matçla müqayisədə digər cütdə yarımfinalçının adına müəyyən ölçüdə aydınlıq gəlib. Çünki “Bavariya”nın səfərdə 2 top fərqi ilə üstünlüyünü öz meydanında əldən verəcəyi inandırıcı deyil.
3 aprel
23:45. “Barselona” (İspaniya) – “Milan” (İtaliya)
Baş hakim: Byorn Kuypers (Hollandiya)
İlk oyun – 0:0
23:45. “Bavariya” (Almaniya) – “Marsel” (Fransa)
Baş hakim: Sven Oddvar Moen (Norveç)
İlk oyun – 2:0