Dubayda “Əl-Şabab” və “Əl-Vəsl” klublarının arasında keçirilən futbol matçı xoş olmayan insidentlə yadda qalıb. Yerli sakinlər tribunada Avropa geyimində oturan qadınları təhqir etməyə başlayıblar. İş fiziki zorakılığa gəlib çatanda “Əl-Vəsl” klubunun baş məşqçisi əfsanəvi futbolçu Diyeqo Maradonna qızların köməyinə yetişib və yerli azarkeşlərlə qarşıdurmaya gedib. Ərəb fanatlarının hücumuna məruz qalan qadınlar arasında “Əl-Vəsl” klubunun yarımmüdafiəçisi Xuan İqnasio Mersyenin arvadı da olub. Matçdan sonra verdiyi press-konfransda Mardonna azarkeşləri sərt tənqid edib. O, bildirib ki, “Əl-Şabab” klubunun fanatları qorxaqdır, əsl kişilərlə mübarizə əvəzinə qadına hücum çəkirlər. Qeyd edək ki, iki klub arasındakı matç Maradonnanın yetirmələrinin qələbəsi ilə başa çatıb.
azadliq.info