Martın 30-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Sabunçu rayonu ərazisində yerləşən Bakı İstintaq Təcridxanasında ölüm hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, təcridxananın 38-ci kamerasında saxlanılan 1960-cı il təvəllüdlü Əliyev Sadiq Hacı oğlunun meyiti tapılıb.
Məlumata görə, 52 yaşlı S.Əliyev Bərdə rayonu sakinidir və Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə bir neçə gün əvvəl saxlanılıb.
Ölüm faktı ilə əlaqədar araşdırmalar başlanılıb.