Türkiyə Yunanıstana nota verdi

Yunan mediasında Türkiyənin bu ölkəyə nota verdiyi barədə xəbərlər yayılıb. Rəsmi notada əsgərdən təmizlənilmiş statusa malik Samotraki adasında hərbi təlimlər keçirməməsi tələb olunur. Xəbərlərdə Türkiyənin rəsmi qurumları tərəfindən Yunanıstana ünvanlanan notada rəsmi Afinanın 1914-cü müqaviləsi və 1923-cü ildə imzalanmış Lozanna sazişinə görə Şərqi Egey adalarının silahsızlandırılmasıyla əlaqədar öhdəlikləri pozduğu vurğulanır. Afinada nəşr olunan “Ethnos” qəzeti Yunanıstan rəsmi dairələrinin başqa bir nota ilə Türkiyənin bu ittihamlarını rədd etdiyi yazılıb.
 
azadliq.info