Onlarla birlikdə 16 zabit Suriya diktatorunun əmrindəki orduda xidmətdən imtina etdi.
Suriyada aralarında Adnan Məhəmməd Əhməd, Hüseyn Məhəmməd və Ziyad Fəhd adlı 3 generalında olduğu 16 zabit Bəşər Əsədin əmrindəki ordudan ayrıldıqlarını və müxalif hərbçilərin formalaşdırdığı “Azad Suriya Ordusu”na qatıldıqlarını açıqlayıblar. Bir internet saytında yayımlanan video bildirişdə general Adnan Məhəmməd Əhməd ölkədə yaşanan qırğınlara qatılmayacaqlarını, Suriya ordusunun əsas hədəfindən yayınaraq ölkəni himayə etmək yerinə xalqı öldürdüyünü və bu səbəblə də işğalçı orduya çevrildiyini, müqəddəsliyini itirdiyini vurğulayıb.
azadliq.info