Şərqdə yeni müharibə təhlükəsi

Yaponiya Şimali Koreyanın sınaqdan keçirəcəyi uzunmənzilli raketi vura biləcəyini açıqladı
 
Şimali Koreyaya gələn ay peyk-raket sınağı realllaşdıracaq. Beynəlxalq birliyin etirazlarına məhəl qoymayan KXDR-ə ən sərt xəbərdarlıq Yaponiyadan gəlib. Müdafiə naziri Naoki Tanaka bəyanatında bildirib ki, Şimali Koreyanın sınaqdan çıxaracağı uzunmənzilli raketlər Yaponiya ərazisinə keçəcəyi təqdirdə vurulacaq. Nazir yaxın həftə ərzində ordu komandirlərinə raket sistemlərini hazır vəziyyətə gətirmək əmrini verib.
 
Əlavə edək ki, Şimali Koreyanın aprelin 12-16-sı arası ölkənin qərb sahilindən atacağı “Unha-3” raketinin Yaponiyanın qərbindən keçəcəyi ehtimal olunur. Yaponiya sınağın uğursuzluqla nəticələnəcəyi təqdirdə raket parçalarının öz ərazisinə düşməsindən narahatlıq edir. Bundan öncə Cənubi Koreya da öz raketlərin ərazisindən keçəcəyi təqdirdə vuracağını açıqlamışdı.
 
azadliq.info