Mingəçevir SES-də partlayış: 1 ölü, 1 yaralı

Mingəçevir Su Elektrik Stansiyasında partlayış baş verib. İlkin məlumatlara görə partlayış nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Yaralı Mingəçevir şəhər xəstəxansına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılıb (qafqazinfo.az).

Partlayış nəticəsində yaralanalan şəxsin Mingəçevir İstilik Elektrik Stansiyasında çalışan Cuma Yusif oğlu Süleymanov olduğu bildirilir. Mingəçevir şəhər xəstəxansının həkimin bildirdiyinə görə hadisə zaman xəsarət alanların sayı çox olub, onların əksəriyyətinə yerindəcə ilkin tibbi yardım göstərilib.

Hadisəyə səbəb Su Elektrik Stansiyasında qır qazanının aşması olub. Ölən şəxsin stansiyanın çilingəri olduğu bildirilir.