Macarıstan prezidentinin doktorluğu əlindən alındı

Pol Şmitin 1992-ci ildə yazdığı müdafiə işinin saxta olduğu aşkarlanıb

Macarıstan prezidenti Pol Şmitin 1992-ci ildə paytaxt Budapeştdəki Semmelvays Universitetində müdafiə etdiyi doktorluq elmi adı əlindən alınıb. Buna səbəb prezidentin müdafiə işinin əhəmiyyətli hissəsini başqa işlərdən köçürməsi olub. Universitet bu ilin yanvarında prezidentin müdafiə işini başqalarından köüçrməsiylə bağlı iddiaların meydana çıxmasından sonra araşdırmalara başlamışdı.

Universitetin araşdırma komissiyasının açıqladığı hesabatda deyilir ki, prezidentin 215 səhifəlik müdafiə işinin 200 səhifəsi başqa işlərlə qismən ya tamamilə eynidir, ya da həmin işlərin sürətidir. Ali təhsil ocağının rektoru araşdırmalar zamanı elmi qaydaların pozulduğunu etiraf edib. Prezident özü isə ittihamları rədd edərək istefası yönündəki çağırışlara məhəl qoymayacağını bildirib.

azadliq.info