ulduz fali

Günün ulduz falı (30.03.12)

QOÇ
Orijinal qərarlar vermək, yaradıcılıq üçün əlverişli gündür. Bürcün bəzi nümayəndələri ekstravaqant addımlar atacaqlar. Ətrafdakılar da buna təəccüblənməyəcək, əksinə, sevinəcəklər.
BUĞA
Bir zamanlar yardım etdiyiniz adamlar sizə mane olacaqlar. Həm güclü, həm də zəif tərəflərinizə yaxşı bələd olan köhnə dostlarla aranızda ciddi mübahisələr düşəcək. Alış-veriş üçün əlverişli gün deyil. Çox adam olan yerdə qiymətli əşyanızı itirmək təhlükəsi də var.
ƏKIZLƏR
Itki üz verəcəyi ehtimal olunur. Kimlərə etibar edib, kimlərdən uzaq durmaq məsələsində çaş-baş qalacaqsınız. Bir anlıq görəcəksiniz ki, düşmənlərinizin sayı dostlarınızdan çoxdur. Bürcün bəzi nümayəndələri üçün gün uğursuz alış-verişlə yadda qalacaq.
XƏRÇƏNG
Çətin gündür. Yaxınlarınız və dostlarınız da kömək edə bilməyəcək. Günün vacib hissəsini lazımsız işlərə həsr edəcəksiniz. Ancaq bunu başa düşəndə gec olacaq. Ehtimal ki, yaxınlarla aranızda ciddi fikir ayrılığı olacaq.
ŞIR
Işləriniz qaydasında deyil. Ağlınıza gələni dilinizə gətirməyə tələsməyin. Xüsusilə də sizdən o barədə heç nə soruşmurlarsa, mövzunu açıb-tökməyiniz yersizdir. Ehtimal ki, səhhətiniz korlanacaq. Xüsusilə də günün ikinci yarısında özünüzə qarşı diqqətli olmağınız məsləhətdir.
QIZ
Xoş və maralı gün sizi gözləyir. Sadəcə, çalışqanlıq göstərsəniz, hər bir işinizi tamamlaya bilərsiniz. Ehtimal ki, qiymətli hədiyyə də alacaqsınız. Çoxdankı arzunuzun gerçəkləşməsi də istisna edilmir. Gününüzü məhsuldar keçirə bilərsiniz.
TƏRƏZI
Tələsmək lazımdır. Bugünkü uğur sizin ani qərar verməyinizdən çox asılıdır. Əgər özünüzü itirsəniz, maraqlı fürsəti qaçırmış olacaqsınız. Qumar xarakterli oyunlardan uzaq durun, bu gün pulla risk etmək heç məsləhət deyil.
ƏQRƏB
Bir-birindən çətin problemlər sizdən əl çəkmir. Belə şəraitdə asan və xoş gün gözləmək yersiz olar. Bir zamanlar həyatınızı zəhərləyən şəxs yenidən həyatınıza daxil olmağa cəhd göstərəcək. Ciddi münaqişə qaçılmazdır.
OXATAN
Rahat və xoş gün yaşayacaqsınız. Xoş təsadüflər bol olacaq. Bu da sizin gözünüzdən yayınmayacaq. Maraqlı görüşlər də gözlənilir. Uzaqdan gələn adamlarla, əcnəbilərlə ünsiyyətdə olmaq üçün münasib gündür. Teatra, konsertə getmək də yerinə düşər.
OĞLAQ
Uğurlu gündür. Bir çox işlərdə qələbə qazanacaqsınız. Halbuki, bu işlərin öhdəsindən təkcə siz deyil, ətrafdakılar da gələ bilmirdilər. Nikbinliyiniz, uğur qazanacağınıza güclü inam hissi sizi daha da güclü edəcək.
DOLÇA
Taleyinizlə oynamayın, təklikdə çətin işlərə girişərək riskə getməyin. Əgər ehtiyatlı olsanız, onda gününüz də uğurlu ola bilər. Sizin üçün xoş olan kəslərlə ünsiyyətdə olun. Yaxşı olar ki, bu gün uzaq yola çıxmayasınız. Böyük məbləğli alış-verişə isə ulduzlar etiraz etmir.
BALIQLAR
Ciddi problemlərdən qaçmaq üçün ehtiyatlı olun. Ailə münaqişəsi ciddi və uzunmüddətli ola bilər. Siz güzəştə getməklə ortalığı sakitləşdirməyə cəhd göstərəcəksiniz. Görünür, sizdən başqa bunu heç kim istəmir. Bu gün zəhərlənmək təhlükəsi də istisna deyil.