Binə bələdiyyəsinin sədri və daha bir neçə üzvü korrupsiya faktına görə saxlanılıb
Bakıda bələdiyyə sədri saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları dünən Bakının Binə qəsəbə bələdiyyəsində əməliyyat keçirib. Əməliyyat nəticəsində qəsəbə bələdiyyəsinin sədri Babaxan İsayev başda olmaqla, 3 nəfər Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onların nədə ittiham olunduğu açıqlanmır.
Binə Bələdiyyəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, əməliyyatı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi keçirib. Lakin saxlanılan şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilib-seçilmədiyi məlum deyil.


