2017-də Türk tankları gəlir

Türkiyə 2017-ci ildə öz tanklarını istehsal edəcək. Bu haqda Türkiyənin Müdafiə naziri İsmet Yılmaz açıqlama verib. Hal-hazırda Türkiyə tank istehsalı üçün infrasturktura malikdir və 2017-ci ildən öz istehsalı olan tankların kütləvi istehsalına başlayacaq. İsmet Yılmaz: “Ölkəmiz başqa ölkələrdə istehsal edilən tankları alırdı. Hətta mövcud tankların modernləşdirilməsi də xaricdə aparılırdı. Biz qərar verdik ki, öz tanklarımızı istehsal edək.” 5 il ərzində Türkiyə hərbi sənaye üzrə dünyada üzrə ilk onluğa girməyə hazırlaşır. Müdafiə Departamentinin hesablamalarına görə, 2016-cı ildə Türkiyənin hərbi mallar eksportu 8 milyard dollara çatacaq. Onlardan 2 milyard dolları aerokosmik sənayedən gələn gəlir olacaq. 
Türkiyə eyni zamanda Azərbaycanla “Altay” tanklarının birgə istehsalı barədə danışıqlar aparır. 2016-cı ildə Türk ordusunda köhnəlmiş “Leopard”, “M48”, “M60” tankları “Altay” markalı tanklarla əvəz ediləcək.
 
azadliq.info