Ərəb Birliyi sammitinə raket zərbəsi

İraq 22 il fasilədən sonra Ərəb Birliyinin sammitinə ev sahibliyi edəcək. Sammitin açılışını kürd əsilli İrak prezidenti Cəlal Tələbani edib. “Reuters”agentliyinin verdiyi xəbərə görə, sammitin aparıldığı “Yaşıl rayon” adlı əraziyə minaatan və qumbaraatanlardan raket atəşi açılıb. İraq rəsmiləri ölü və yaralıların olmadığını bildirir. Amerika işğalından sonra ilk dəfə keçirilən Ərəb Birliyin sammitinin təhlükəsizliyi üçün 500 milyon dollar xərclənib. Suriya sammitə qatılmayacaq. Amma sammitdə müzakirə ediləcək əsas mövzu Suriyadakı vəziyyət olacaq.
 
azadliq.info