Aralıq dənizindəki Pantelleriya adasında 150 hektar tropaq ərazisinə, Romada bir mənzilə həbs qoyulub. Həmçinin Biri “Harley Davidson” markası olmaqla, iki motosiklet müsadirə edilib. Qəzzafi ailəsi İtaliyada böyük maliyyə kapitalına və geniş əlaqələrə malik idi. Onlardan ən əhəmiyyətlisi İtaliyanın ən böyük bankı “Unicredit”də 1,26%-lik aksiya paketi idi. Məlumata görə, Qəzzafi ailəsinin İtaliya nefqaz nəhəngi “Eni” şirkətindəki payı, müdafiə şirkəti “Finmeccanica” şirkətində, “Fiat” konserində, həmçinin məhşur “Yuventus” futbol klubundakı 1,5%-lik aksiya paketi İtaliya polisi tərəfindən dondurulub.
azadliq.info