Rumıniya “Eurovision”çuları Azərbaycan dilində danışdı (VİDEO)

Rumıniyanın “Eurovision 2012” təmsilçisi «Mandinga» qrupu Avropaya Azərbaycan dilində müraciət edib. «Eurovision.az» saytı xəbər verir ki, qrup üzvləri müsabiqədə ifa edəcəkləri «Zaleilah» mahnısının sədaları altında Avropaya belə səslənib: «Salam, biz «Mandinga» «Eurovision»da çıxış edəcəyik. Səslərinizi «Zaleilah» və Rumıniyaya verin».

«Mandinga» qrupu 2002-ci ildən fəaliyyət göstərir. 10 musiqiçidən ibarət qrupun 4 musiqi albomu çıxıb.
«Mandinga» «Eurovision 2012» şousunda Rumıniyanı ispan və ingilis dili, Latın Amerikası ritmlərində yazılan «Zaleilah» mahnısı ilə təmsil edəcək.

Qrupun Azərbaycan dilində müraciəti və mahnısı burada: