Həbsdə olan gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin məzunu olduğu ABŞ-ın Harvard universitetinin Kennedi məktəbinin və Harvard Hüquq məktəbinin professor müəllim heyəti Azərbaycan Prezidenti İlham Əliyevə növbəti məktubu göndəriblər. Bu dəfə onlar Bəxtiyar Hacıyevin vaxtından əvvəl azad olunmasını xahiş edirlər. Məktubun mətni:
“Əziz Prezident,
Bir il əvvəl Harvard fakultə heyəti sizə Harvard Kennedi Məktəbinin məzunu Bəxtiyar Hacıyevin saxlanması və həbs edilməsindən narahatlıqlarını ifadə edən məktub göndərmişdi. Bu gün, biz ehtiramla sizi onun Azərbaycanda davam edən həbsinə diqqət göstərməyə səsləyirik.
Bəxtiyar Hacıyevin həbsindən keçən bir il ərzində həm Amnesty İnternational, həm də Human Rights Watch təşkilatları Cənab Hacıyevi vicdan məhbusu elan ediblər. Mərhum Desmond Tutu-nun həmtəsisçisi olduğu hüquq müdafiə təşkilatı Freedom Now Bəxtiyar Hacıyevin azad edilməsi üçün çalışacağını elan edib. 900 nəfərə yaxın Harvard icması Cənab Hacıyevin dərhal azad edilməinə çağıran petisiya imzalayıblar.
Harvard Kennedi Məktəbində, fakultə, heyət və tələbələrin dərindən bağlı olduqları ümumi missiya var: fərdləri maarifləndirmək və dünyada ictimai maraqlar təmin edilməsi üçün onları təşviq etmək. Bizim dürüstlüyünə və Azərbaycanın ictimai maraqlarına xidmətə özünü ithaf etdiyinə inandığımız insan kimi cənab Hacıyev bu ümumi missiyaya dərindən bağlıdır.
Buna görə də, biz bu qrupa qoşularaq cənab Hacıyevin işini yenidən nəzərdən keçirməyinizi və vaxtından əvvəl azadlığa buraxılma hüququnu təmin edərək, onu həbsxanadan azad edəsiniz. Bu çox vacib və təcili məsələyə diqqət ayıracağınıza görə sizə təşəkkür edirik.”
Səmimiyyətlə,
Christopher Robichaud, (Etika və İctimai siyasət üzrə mühazirəçi) ikinci səhifədə adları olan bütün Harvard universiteti heyəti adından
Xatırladaq ki, keçən ilin martın 25-də də Harvard professor müəllim heyəti adından Prezident İlham Əliyevə müraciət edilərək, Bəxtiyar Hacıyevə qarşı baş verən fiziki təzyiqlərdən və onun həbsindən narahatlıqlarını ifadə etmişdilər.
Mart ayının 29-da saat 09.00-da Qaradağ rayon məhkəməsinin hakimi Ürfan X-in sədrliyi ilə Cəzaçəkmə müəssisəsinin İnzibati binasında keçiriləcək.
azadliq.info


