AXCP yetkilisi Türkiyədə önəmli görüşlər keçirib

AXCP Ali Məclisinin sədri Həsən Kərimov Türkiyədə önəmli görüşlər keçirib.
AXCP-dən verilən məlumata görə, Həsən Kərimov Türkiyə Böyük Millət Məclisinin başqan vəkili Sadiq Yaqut, AKP-dən Muş millət vəkili, Avropa Birliyi ilə inteqrasiya komissiyasının üzvü, Türkiyə-Avropa Birliyi Parlamentlərarası Qrupun üzvü Faruk İşıq, TBMM katibinin köməkçisi Heydər Cütçü, Türkiyə Parlamentarilər Birliyinin sədri, Dənizli millət vəkili Həsən Qorxmazcan, AKP-dən Biləcik millət vəkili Fəxrəddin Poyraz, İstanbul millət vəkili İdris Güllücə, Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Cəmil Ünal, TBMM xarici əlaqələr komissiyasının sədri Volkan Bozkır, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Türk Qrupunun sədri İsmayıl Safi və başqaları ilə görüşüb.
Görüşdə AXCP yetkilisi Azərbaycandakı son ictimai-siyasi vəziyət, ölkədə insan haqları və demokratiya sahəsindəki böhran barədə məlumat verib. Azərbaycanda demokratik cəmiyyət quruculuğunun perspektivləri, ölkənin demokratik qüvvələri ilə Türkiyə cəmiyyəti arasında təmaslar barədə fikir mübadiləsi aparılıb.
Tərəflər arasında maraq doğuran başqa mövzular da görüşlərdə  müzakirə edilib.

İnformasiya şöbəsi