Azərbaycandan İrana sanksiya?

Qonşu ölkəyə metal satışının dayandırıldığı deyilir

Ötən həftənin əvvəllərindən başlayaraq Azərbaycandan İrana metal qırıntısının daşınması dayandırılıb. Bu barədə “milaz.info” portalı məlumat yayıb. Məlumata görə, İrana satılan metal qırıntılarının tədarükü ilə ölkənin ən böyük metal istehsalçısı “Baku Steel Company” məşğul olub və şirkət artıq bu işi dayandırıb.
Bəzi mülahizələrə görə, Azərbaycan İrana metal ixracını bu ölkəyə qarşı sərtləşən beynəlxalq sanksiyalara uyğun olaraq dayandırıb. İranın Azərbaycandan aldığı metal qırıntılarını əsas etibarilə milli müdafiə sənayesində istifadə etdiyi də istisna olunmur.