Ziya Məmmədovun “London əməliyyatı”

Minlərlə insanı ac qoymaq hesabına İngiltərənin batan şirkəti necə xilas edilidi? Məhşur London taksilərini istehsal edən “Manganese Bronze” şirkəti öz gəlirləri və itkiləri barədə hesabat dərc edib. Bu haqda Reuters agentliyi xəbər yayıb. Şirkət bəyan edib ki, itkilərə baxmayaraq o 2012-ci ildə ayaqda dura bilər. “Borclanmaya baxmayaraq bankların dəstəyini ala bilərik və rekonstruksiyanı davam etdirəcəyik. 2012-ci ildə şirkət gəlirli şirkətə çevrilə bilər.”
“Manganese Bronze” bildirib ki, fevral ayında Azərbaycana 500 avtomobil göndərib. Ən çox sifariş də elə Azərbaycandan gəlib.
2011-ci ildə şirkət itkilərini 2,6 milyon funta ($4,12) endirə bilib. Şirkətin bir əvvəlki il itkiləri 6,3 milyon funt sterlinq təşkil edirdi. Eksport satışları 2011-ci ildə 3 dəfə artaraq 705 avtomobil təşkil edib. London taksilərinin ümumi satışı 4% artaraq 1074 avtomobil təşkil edərkən, Britaniyanın özündə satışlar 1/3-ə düşərək 428 avtomobil təşkil edib. Şirkətin London fond birjasındakı aksiyaları ilin əvvəlində dəyərinin 1/5-i itirərək  26,25 pens olub. 
Hesabatdan görürük ki, batmaqda olan şirkət Azərbaycanın büdcəsi hesabına xilas edilir. Azərbaycandan başqa xaricdə alıcı tapa bilməyən, avtomobillərini İngiltərə vətəndaşlarının belə almaqdan imtina etdiyi “Manganese Bronze”ın badımcan rəngli taksiləri Bakı sakinlərinə xidmət göstərəcək. Bunun qarşılığında azı 5000 taksi sürücüsü qazanc imkanından məhrum ediləcək. 
 
azadliq.info