27 yaşlı Campa Yaşı Çin rəhbərinin Hindistana səfərinə belə etiraz etdi
Hindistanda yaşayan Campa Yaşi adlı tibetli gənc Çin rəhbəri Hu Tszintaonun Dehliyə səfərinə etirazını özünə ağır xəsarət yetirməklə bildirib. Tibetli gənc Çin hakimiyyətinin siyasətinə etiraz olaraq özünü yandırıb. Paytaxt Delhidə toplanan yüzlərlə tibetli “Hu Tzsintao xoş gəlmədin” plakatı qaldıraraq rəsmi Pekinin Himalay bölgəsiylə bağlı siyasətinə etirazını bildiriblər.
Hindistana mühacirətə gələn 27 yaşlı gənc kütlənin içindən ayrılaraq üzərinə yandırıcı maddə tökərək özünü yandırıb. 2006-cı ildə Tibetdən qaçan Yaşini xilas etmək üçün digər etirazçılar köməyə qaçıblar. Bədəni kömürə dönən Yeşim xəstəxanaya aparılsa da onun vəziyyətinin ağır olduğu deyilir. Tibetli gəncin bədəninin 85 faizi yanıb. Yaşı son bir ildə Çin hakimiyyətinə etiraz əlaməti olaraq özünü yandıran 30 tibetlidən biridir. Özünü yandıranlardan 20-si həyatını itirib.
“Tibetliler işğaldan narazıdır” şüarını da səsləndirən Dehlidəki aksiyaya qatılan etirazçılar Tibetin azadlığını və dini lider Dalay Lamanın Tibetə qayıtmasını istəyirlər. “Tibet Gənclik Konqresi” adlı təşkilatın rəhbərlərindən biri Tenzinq Norsanq aksiyanın əsasən Hu Tzsintaonun səfərinə etiraz xarakteri daşıdığını bildirib. Məqsəd Çin hökuməti və beynəlxaq ictimaiyyətin diqqətinin Tibet probleminə yönəldiməsidir.
azadliq.info


