Türkiyənin yəhudi icması nasist Almaniyasının lideri Adolf Hitlerin çıxışının reklam məqsədilə istifadə edilməsinə etirazını bildirib. Ölkənin baş ravini reklamı ittiham edən bəyanatla çıxış edib. Hitlerin çıxışışından istifadə edilən reklam kadrında deyilir: “Qadın paltarı geymirsənsə, qadın şampunu da işlətmə. Artıq yüzdə yüz kişi şampunu var. Kişisənsə bu şampunu işlədəcəksən.” Türkiyənin baş ravini İsak Qaleva bildirib ki, daha əvvəl reklamın efirdən götürülməsini istəmişdik, amma bu tələb yerinə yetirilməyib.
Hitler temasının reklam məqsədilə işlədilməsi birinci hal deyil. Yanvar ayında Dubaydakı fitnes klubun saytında “Kalorilərə əlvida deyin!” sloqanlı reklam yerləşdirilmişdi. Reklamda Osvensum düşərgəsinin arıq bədənli əsirlərinin görüntüləri işlədilmişdi.
azadliq.info