QOÇ
Yeni layihələrə başlamaq üçün uğurlu gündür. Ehtimal ki, rəhbərliklə aranızda fikir ayrılığı olacaq. Buna baxmayaraq, dil tapa biləcəksiniz. Hamı sizin doğru olduğunuzu etiraf edəcək. Yola çıxsanız, ehtiyatlı olmağı unutmayın. Dəniz və hava yolları ilə səfərə çıxmağınız uğurlu hesab edilmir. Axşam çağı sevgiliniz sizi xoş sürprizilə sevindirəcək.
BUĞA
Günün birinci yarısında pozitiv tendensiya baxımından korluq çəkməyəcəksiniz. Nəticədə işdə az əmək sərf etməklə çox iş görə biləcəksiniz. Günün ikinci yarısında isə ehtimal ki, anlaşılmazlıqlar baş verəcək. Məsləhətlərə qulaq asmırsınız, amma verdiyiniz qərar da həmişə düz çıxmaya bilər.
ƏKIZLƏR
Gün xoşagəlməz anlardan xali deyil. Nəticədə axşama doğru xeyli həllini gözləyən problemləriniz yığılıb qalacaq. Bu səbəbdən də ən xırda çətinlik baş verən kimi təşvişə düşəcəksiniz, kədərlənəcəksiniz. Maddi çətinlik də istisna deyil. Bu gün böyük məbləğli alış-veriş etmək məsləhət deyil.
XƏRÇƏNG
Xoşagəlməz tendensiyalar özünü göstərəcək, amma siz də ona qarşı mübarizliyinizi nümayiş etdirəcəksiniz. Heç bir sədd sizin qarşınızı ala bilməz. Işdə fikrinizi cəmləmək baxımından çətinliyiniz olacaq. Şəxsi problemlər, ev qayğıları sizin diqqətinizi yayındıracaq. Amma bu, böyük problemlər yaratmayacaq. Çünki siz böyük səhvlərə yol vermirsiniz.
ŞIR
Əslində, əhvalınız yaxşı ola bilərdi, amma siz adi bir problem üzündən tez kədərlənirsiniz. Yaxşı olar ki, özünüzü ələ alasınız. Ev işlərinin görülməsi üçün ən münasib zaman axşamdır. Ulduzlar izdihamlı yerləri ziyarət etməyinizin əleyhinədir. Yalnız köhnə dost və ya ən yaxın adamınızın kampaniyasında təşkil olunan gəzinti üçün əlverişli zamandır.
QIZ
Təəssüf ki, neqativ tendensiya pozitivi üstələyəcək. Söhbət müəyyən zaman kəsiyindən getsə də, siz bunu yaşamalı olacaqsınız. Yaxşı olar ki, bu dövrü artıq hərəkətlərə yol vermədən, ehtiyatlı olmaqla keçirəsiniz. Əgər bu gün sövdələşmə aparacaqsınızsa, onda əvvəlcədən mütəxəssislə məsləhətləşin.
TƏRƏZI
Yüksək işgüzarlıqdan söhbət gedə bilməz. Bu səbəbdən də işdə geriləmə müşahidə ediləcək. Ehtimal ki, maraqlı təklifləri əlinizdən qaçıracaqsınız. Müttəfiqləriniz etimadınızı doğrultmasa, onlardan incimək lazım deyil. Bu, bir sıra xoşagəlməz hallardan sizi qurtara bilər.
ƏQRƏB
Əgər hansısa vacib məsələni müzakirə etmək istəyiniz varsa, onda onu bu gün edin. Çünki gün istənilən mövzuda söhbət etmək üçün əlverişlidir. Günün emosional mənzərəsi də xoş olacaq. Bu səbəbdən də gün boyu nikbinliyinizi itirməyəcəksiniz. Bu xüsusiyyətinizlə hamını özünüzə cəlb edəcəksiniz.
OXATAN
Yeni ideyalar aləmindəsiniz. Ideyalarınız nə qədər orijinal olarsa, marağınız da bir o qədər güclü olacaq. Təəssüf ki, bu, problemlər yaradacaq. Yaxınlarla münasibətə gəlincə, burada qəribə vəziyyət hökm sürəcək. Sizə gah elə gəlir ki, onlar nələrisə sizdən gizlədirlər, gah da bilmək istəmədikləriniz barədə hesabat verirlər.
OĞLAQ
Mötəbər adamlardan dəstək alacağınız ehtimal olunur. Bu gün yeni iş yeri tapsanız, onda yeni kollektivə də tez alışacaqsınız, onlar arasında əsl dostlar tapacaqsınız. Ehtimal ki, gəliriniz olacaq. Ev işlərinə yəqin ki, vaxt tapmayacaqsınız. Bürcün bəzi nümayəndələri romantik görüşə çıxacaqlar.
DOLÇA
Yaradıcılıq potensialınız yüksəkdir. Bürcün bir çox nümayəndələri standart olmayan qərarlar verəcəklər, qeyri-adi hərəkətlər edəcəklər. Təşkilatçılıq qabiliyyətiniz bu gün parlayacaq. Sizin bəzi hərəkətləriniz yaxınlarınızın təəccübünə səbəb olacaq. Bu, heç də xoş olmayacaq, amma aranızda konflikt də yaşanmayacaq.
BALIQLAR
Xoş gündür. Günün emosional mənzərəsi də sabit olacaq. Çətinliklə qarşılaşsanız belə, sakitliyinizi qoruyub saxlayacaqsınız. Gün sənədləşmə işləri, hesabat aparmaq üçün münasibdir. Gün yeni macəranın başlanması üçün də əlverişlidir. Əgər artıq yarınız varsa, onda onu ekstravaqant sürprizinizlə sevindirməyə tələsin.

Günün ulduz falı (26.03.12)
•