Azərbaycan 2010 və 2011-ci illərdə Rusiyanın KAMAZ şirkətindən çoxlu sayda zirehləndirilmiş KAMAZ avtomobili satın alıb. Lent.az-ın bildirdiyinə görə, bu barədə Rusiyanın hərbi KİV-ləri məlumat yayıb.
Zirehləndirilmiş KAMAZ-ların əsasən hərbi məqsədlər üçün istifadə olunduğunu qeyd edən rus mediasının məlumatına görə, həmin avtomobillər döyüş meydanına yüklərin çatdırılması ilə yanaşı komanda-qərargah maşını kimi də istifadə olunur. Azərbaycanın aldığı KAMAZ-ların üzərinə isə İsrail istehsalı olan reaktiv artilleriya sistemləri qurulub.


