Qubada həbslər davam edir. Martın 23-də rayonun Xanəgah kəndindən 8 nəfər polisə aparılıb. Bu barədə “Azadlıq” radiosuna Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyi məlumat verib. Təşkilat saxlanılanlar və onlardan kimlərinsə sonradan azad edilməsi barədə əlavə məlumat ala bilmədiyini deyir.
Quba rayon polis şöbəsindən isə “Azdlıq” radiosuna deyiblər ki, Xanəgah kənd sakinlərinin saxlanılmasından xəbərsizdilər.
İndiyədək Quba hadisələri ilə əlaqədar saxlananlardan 10 nəfərin adı məlumdur.
Saxlanılanlar arasında yerli “Xəyal” TV-nin əməkdaşları da var.