Misir yenə alovlandı

 13 yaşlı oğlan odlu silahdan öldürülüb 

Əl-Məsri azarkeşlərinin təhlükəsizlik qüvvələri ilə qarşıdurmasında onlarla adamın xəsarət aldığı bildirilir. Ölkənin aparıcı futbol klublarından olan əl-Məsri ilə Qahirənin Əl-Əhli komandasının fevral ayındakı oyunundan sonra baş verən iğtişaşlar 74 adamın ölümünə səbəb olub. 
Diskvalifikasiya edilmiş əl-Məsri klubu 2013-cü ilin sonunadək yarışlarda iştirak etmək hüququndan məhrum edilib. Cümə günü axşam bu qərara etiraz edən yüzlərlə adam küçələrə çıxaraq qəzəbini ifadə edib. Paytaxt əl-Əhli klubuna tətbiq edilən cəza 4 oyunun bağlı qapılar arxasında keçəcəyini nəzərdə tutur. Klubun baş məşqçisi və komandanın kapitanı cərimələnib.
 BBC Azeri