ulduz fali

Günün ulduz falı (24.03.12)

QOÇ
Gün böyük planlar üçün yararlıdır. Bu səbəbdən də xırda məsələlərin həllini kənara qoymaq lazımdır. Sizə etimad göstərən şəxslə ünsiyyətdə olmaqdan həzz alacaqsınız. Bu gün sizin ünvanınıza xoş ifadələr səslənəcək.
BUĞA
Kimlərəsə həvalə etməyə hazır olduğunuz məsələləri həll etmək üçün vaxt ayırmalı olacaqsınız. Halbuki, böyük məmnuniyyətlə siz həmin işləri təxirə salmağa razılıq verərdiniz. Təəssüf ki, bu mümkün deyil. Ehtimal ki, qiymətli əşyanızı itirəcəksiniz.
ƏKIZLƏR
Siz nə istədiyinizi yaxşı dərk edirsiniz. Bu məsələdə sizinlə mübahisə etmək yersiz olar. Konfliktlər, ciddi mübahisələrin olacağı az ehtimal olunur. Yaxşı olar ki, çox gəzəsiniz. Gün fiziki iş baxımından da məhsuldardır.
XƏRÇƏNG
Diqqətiniz dağınıqdır və özünüzdən razısınız. Buna baxmayaraq, bəxtiniz gətirəcək. Hətta səhvlərə yol versəniz belə, onların elə də ciddi fəsadları olmayacaq. Bu gün ağzınızdan “bişməmiş” ifadələr çıxardığınıza görə çox tənbeh olunacaqsınız, amma bu, münasibətlərə xələl gətirməyəcək.
ŞIR
Düşmənlərinizin sayı getdikcə artır. Yeni müttəfiqlərinizin də artacağına ümid etməyin. Əgər kimlərsə yardım edəcəyini vəd edərsə, onlara da güvənməməyiniz məsləhətdir. Bu səbəbdən sərbəst hərəkətə keçməyi planlaşdırın.
QIZ
Sizin nailiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Hamıya etibar etmək olmaz. Əgər çətin duruma düşmək istəmirsinizsə, bunu yaddan çıxarmayın. Imkan verməyin ki, əhatənizdəki pis niyyətli insanlar yaltaqlıqla sizin etibarınızı qazansınlar.
TƏRƏZI
Ciddi mövzu ətrafında müzakirələr aparmaq üçün yaxşı gündür. Ümid bəslədiyiniz mötəbər şəxslər ümidlərinizi doğruldacaq. Hətta gerçəkliyinə inanmayacağınız təkliflər də alacaqsınız.
ƏQRƏB
Qələbə çalmaq üçün bir balaca özünə inam və riskə getməyi bacarmaq tələb olunur. Sizi bu yoldan çəkindirənlərə, təhlükələrin baş verəcəyini deməklə qorxudanlara qulaq asmayın. Əksinə, həyəcan keçirməyə dəyməz, yolunuz uğurlu olacaq.
OXATAN
Yerinə yetirməyi düşünmədiyiniz vədinizi yadınıza salacaqlar. Vədinizə xilaf çıxmaqla nüfuzunuzu korlaya bilərsiniz. Bütün fitnə-fəsadlardan uzaq durun. Əks halda, nəticədə qurban özünüz olacaqsınız. Axşama doğru səhhətiniz pisləşəcək.
OĞLAQ
Günün əsas hissəsini köhnə səhvlərin düzəldilməsinə həsr edəcəksiniz. Başqalarının fikir ayrılıqlarına aydınlıq gətirəcəksiniz, yalnız günün ikinci yarısını öz problemlərinizə həsr edə biləcəksiniz. Gün romantik görüş, gəzintiyə çıxmaq üçün əlverişlidir.
DOLÇA
Bu gün “bir nəfər hamıya qarşı” prinsipilə hərəkətə keçəcəksiniz. Elə də həsəd aparılası durum deyil, amma gücünüzü qiymətləndirmək baxımından yaxşı üsuldur. Digər tərəfdən, bu cür qeyri-adi şəraitdə siz nə istədiyinizi yaxşı anlayacaqsınız.
BALIQLAR
Qiymətləndirdiyiniz əşyanı itirmək təhlükəsi var. Öz səhvləriniz üzərində öyrənməyə çalışın. Başınızda qara fikirlər cərəyan edəcək, özünütənqidə keçəcəksiniz. Sakitləşməyə çalışın, mütaliə etməklə daxili sakitliyinizi qoruyun.