Dəməşqə hücum başlayıb

Hələb, Hums və Maaret an-Numanda qanlı döyüşlər gedir

Suriya prezidenti Bəşər Əsədə sadiq ordu bölmələrinin qiyamın baş verdiyi əsas şəhərlərdən sıxışdıraraq çıxardığı müxalif Azad Suriya Ordusu yeni taktikaya keçib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, silahlı müxaliflər gözlənilmədən Dəməşqə hücuma keçiblər.

Bu gün səhər saatlarında Dəməşq ətrafındakı Əl-Kabun postu hücuma məruz qalıb, döyüş başlayıb. Hökumət qoşunları yaxınlıqdakı Arbin məhəlləsini artilleriya atəşinə tutub. Dəməşqin Xarasta məhəlləsinə tanklar yeridilib. Bu gün ərzində Dəməşqin müxtəlif yerlərində atəş səsləri eşidilib.

Eyni zamanda Türkiyə ilə sərhəddə yerləşən Maaret an-Numan rayonunda döyüşlər gedir. Ordu bölmələri Hələb şəhərində Azaz rayonunu, Humsda Bab əl-Sibaa və Halidiya rayonlarını artilleriya atəşinə tutur.