İnsan Haqları Şurası rəsmi Təl-Əvivin Fələstin torpaqlarında məskunlaşdırma siyasətini araşdıracaq
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurası Şərqi Qüds daxil olmaqla işğal altındakı Fələstin torpaqlarında İsrailin məskunlaşdırma işləriylə bağlı araşdırmalar aparılması haqda qərar çıxarıb. Qəbul edilən qərar layihəsi həmin ərazilərdə yaradılan yeni yaşayış məskənlərinin salınması zamanı Fələstin xalqının, siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının pozulub-pozulmamasıyla bağlı beynəlxalq müstəqil araşdırma heyətinin bölgəyə göndərilməsini nəzərdə tutur.
Fələstin nümayəndə heyətinin təqdim etdiyi qanuna yalnız ABŞ qarşı çıxıb. Layihənin səsverməsi zamanı 36 üzv qərarın lehinə səs verib, aralarında İtaliya və İspaniyanın olduğu 10 ölkə isə bitərəf qalıb. İsrailin baş naziri Benyamin Netanyahu isə qərar layihəsini “ikiüzlülük” adlandırıb:“Bu, İsrailə qarşı səs çoxluğuna sahib ikiüzlü şuradır. Şuranın özündən utanması lazımdır. Bu günə qədər şura tərəfindən qəbul edilən 91 qərarın 39-u İsrail, 3-ü Suriya və biri də İranla əlaqədardır”.
“Reuters” xəbər agentliyinə danışan bir israılli rəsmi bölgəyə göndəriləcək araşdırma heyəti ilə əməkdaşlıq etməyəcəklərini, onların legitimliyini tanımayacaqlarını bildirib. BMT-nin göndərəcəyi həyətdəki 3 müfəttişin adı yaxın günlərdə bəlli olacaq. Əlavə edək ki, 500 min israilli və 2,5 milyon fələstinli 1967-dən sonra İsrail tərəfindən işğal edilən Fələstin torpaqlarında yaşayır. İsrail hakimiyyəti beynəlxalq ictimaiyyətin təpkisinə baxmayaraq Fələstin torpaqlarında məskunlaşdırma işlərini davam etdirir.
İnformasiya şöbəsi