Gürcüstan Rusiyadan 30 min dollar tələb edir

Həbs etdiyi yük gəmisini buraxmaq üçün

Gürcüstanın sahil polisi 18 martda saxladığı Rusiyanın “PUR-NAVALOK” gəmisindən 50 min lari (30 min dollar) məbləğində cərimə ödəməyi tələb edib. Cərimə gəminin Gürcüstan su hövzəsini kirlətməsi səbəbindən tələb edilir. “İnterfaks”ın məlumatına görə yük gəmisinin kapitanı Yuri Danilov cəriməni ödədikdən sonra azad ola biləcək.
Gəmi Gürcüstanın Türkiyə ilə sərhədi yaxınlığında saxlanılıb. Gəmi heyətinə 10 nəfər daxildir. Onların hamısı Rusiya vətəndaşıdır. “Arqumenti nedeli” saytı Rusiya XİN-in gürcü tərəfindən məsələyə aydınlıq gətirməsini tələb etdiyini yazır. Baş verən hal birinci deyil. Keçən il Gürcüstan sahil polisi su hövzəsini kirlətdiyi üçün bir neçə Rusiya gəmisini saxlayıb, cəriləmişdi.

azadlıq.info