Ucarda 15 yaşlı oğlan özünü asıb

Ucar rayonunda intihar hadisəsi baş verib. Rayon Polis İdarəsinin məlumatına görə, Ucar rayonu Boyat kənd sakini, 1997-ci il təvəllüdlü Nazir Abbas oğlu Abbasov həyətlərindəki tövlədə asılı vəziyyətdə tapılıb (APA).

N. Abbasovun meyiti martın 20-də saat 11 radələrində aşkarlanıb. İntiharın səbəbi hələlik məlum deyil. Kənd sakinlərinin bildirdiyinə görə, o, bir neçə gün əvvəldə evdən çıxıb və geri qayıtmayıb. Yaxınlarının axtarışından sonra onu taparaq evə gətirmək mümkün olub.

N. Abbasovun ruhi xəstə olduğu güman edilir. Ucar rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.