Fransada növbəti terror?

Parisdə İndoneziya səfirliyi qarşısında partlayış olub

Fransanın paytaxtı Parisdə İndoneziya səfirliyinin binası qarşısında partlayış olub. Polisin şahidlərə istinadən verdiyi məlumata görə, 3 naməlum şəxsin əraziyə qoyduğu bağlama partlayıb. Xəsarət alan olmayıb.
Qeyd edək ki, Fransanın Tuluza şəhərində naməlum cinayətkarın tutulması üzrə əməliyat keçirilir. İndoneziya səfirliyi qarşısındakı partlayışın bu əməliyyatla əlaqəsi olub-olmadığı bəlli deyil (ans press).