“Eurovision 2012″nin püşkatması keçirilib

Yarımfinal və finalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı müəyyən olunub

Bu gün Bakıda nümayəndə heyətləri rəhbərlərinin iclasında “Eurovision 2012” mahnı müsabiqəsinin 42 iştirakçı ölkəsi arasında püşkatma mərasimi keçirilib. Trend-in məlumatına görə, püşkatma nəticəsində mayın 22 və 24-də keçiriləcək yarımfinallardakı ölkələrin, o cümlədən mayın 26-da birbaşa final mərhələsində təmsil olunan 6 ölkənin çıxış ardıcıllığı müəyyən olunub.

Mayın 22-də Bakıda keçiriləcək birinci yarımfinalda iştirak edəcək 18 ölkə aşağıdakı ardıcıllıqla çıxış edəcək:
Monteneqro, İslandiya, Yunanıstan, Latviya, Albaniya, Rumıniya, İsveçrə, Belçika, Finlandiya, İsrail, San Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova, İrlandiya.

Mayın 24-də baş tutacaq ikinci yarımfinalda isə 18 ölkə bu ardıcıllıqla iştirak edəcək:
Serbiya, Makedoniya, Niderland, Malta, Belarus, Portuqaliya, Ukrayna, Bolqarıstan, Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva.