QOÇ
Siz uğura yaxın olduğunuzu hiss edəcəksiniz. Lakin heç də hər şey düşündüyünüz qədər asan olmayacaq. Ehtimal ki, maliyyə itkiniz olacaq. Həyat eşqi aşıb-daşdığından “yoruldum” deməyəcəksiniz.
BUĞA
Sakit və kifayət qədər uğurlu gündür. Siz sərbəst olarkən daha effektli iş ortaya qoyursunuz. Günün ikinci yarısında əhvalınızı korlayacaq anlaşılmazlıq baş verə bilər. Ulduzlar sizi sevdiyiniz adamı incitməyə görə qınayır.
ƏKIZLƏR
Bugünlərdə əhəmiyyət vermədiyiniz problemləri həll edəcəksiniz. Bu da gününüzün əsas hissəsini aparacaq. Ilk baxışda maraqlı görünən təkliflərin arxasında şübhəli məqamlar az deyil. Axşam saatları ünsiyyət baxımından ən çətin zamandır.
XƏRÇƏNG
Gün boyu yaxınlarınızın diqqət və qayğısı ilə əhatə olunacaqsınız. Sizdən yalnız bir addım tələb olunur, o da əhatənizdəkilərin problemlərinizi həll etməsinə manə olmamaqdır. Gün ailədəki fikir ayrılığına son qoymaq baxımından uğurludur.
ŞIR
Əhəmiyyətli dəyişikliklər baş verəcək. Ilk uğursuzluqdan nikbinliyinizi itirməyin. Xırda xoşagəlməz hadisələri yumor hissilə qarşılayın. Sizi sevməyənlərin sevinməsinə imkan verməyin.
QIZ
Sizi çətin gün gözləyir. Günün çətin tərəfi yaxınlarla aranızdakı fikir ayrılığıyla bağlıdır. Qarşı tərəf sizi dinləməkdən imtina edəcək. Kimlərsə etibarınızdan öz maraqları üçün istifadə edəcək.
TƏRƏZI
Başlanğıcda gün xoş görünməyəcək. Sadəcə, siz özünüzü həmişəki kimi hiss etməyəcəksiniz. Şəxsi müstəvidə baş verən hadisələr sakitliyinizi pozacaq. Siz yaxınlarınızın buraxdığı səhvlərlə barışmayacaqsınız.
ƏQRƏB
Həyəcan, qara fikirlərlə zəngin gün yaşayacaqsınız. Bu gün həssaslıq nümayiş etdirəcəksiniz. Bəzən sizə elə gələcək ki, yaxınlarınız sizinlə səmimi deyil. Əhvalınız korlanacaq.
OXATAN
Problemlər günün birinci yarısından özünü göstərəcək. Getdikcə vəziyyət daha da qəlizləşəcək. Çətin və yorucu gün olduğundan axşama doğru əldən düşəcəksiniz. Dostların yardım təklifini rədd etməyin.
OĞLAQ
Ikinci dərəcəli məsələləri kənara qoymaqla, tez qərar verməklə bütün işlərin öhdəsindən gələcəksiniz. Çoxdankı müttəfiqlərinizə etibar edə bilərsiniz. Həmçinin sizin karyera yüksəlişinizə mane olan çoxdankı münaqişəyə son qoyacaqsınız.
DOLÇA
Fəal istirahət, gəzintiyə getmək üçün əla gündür. Evdə oturmayın, təmiz havanın faydası çoxdur. Yeni tanışlıq dostluq çərçivəsindən kənara çıxmayacaq. Yaxınlarla ünsiyyətdə olarkən səsinizin tonunu yüksəltməyin.
BALIQLAR
Fikirləşməyə belə imkan tapmayacaqsınız, gərgin gün olacaq. Şəxsi müstəvidəki olaylar odun üstünə yağ tökmək şəklində cərəyan edəcək. Əgər təxirə salmağı mümkün olan iş varsa, onu kənara qoyun. Əgər bu mümkün deyilsə, onda üzərinizə çox böyük məsuliyyət götürməyin.

Günün ulduz falı (20.03.12)
•