Bayram münasibətilə məhbusların özləri ilə də görüş olub
AXCP Ali Məclisinin sədri Həsən Kərimov, müavini Iradə Əliyeva, AXCP sədrinin müavini Gözəl Bayramlı, partiyanın Rəyasət Heyətinin üzvü Səadət Cahangir siyasi məhbus və vicdan məhbusları ailələrini Novruz bayramı münasibətilə ziyarət ediblər.
G.Bayramlının sözlərinə görə, ilk ziyarət Şəkidən – AXCP sədrinin müşaviri Sahib Kərimovun evindən başlayıb: “Sahib Kərimovun, Şahin Həsənlinin, Məhəmməd Məcidlinin, Zülfüqar Eyvazlının, Babək Həsənovun, həmçinin Elnur Məcidlinin ailəsini ziyarət etdik. Ailələrini Novruz bayramı münasibətilə təbrik etdik, partiya rəhbərliyinin təbrikini, həmçinin bayram sovqatımızı çatdırdıq. Ziyarətdə AXCP-nin rayon şöbələrinin nümayəndələri də iştirak edirdilər. Rayon şöbələrinin əməkdaşları cəzaçəkmə müəssisələrinə gedərək məhbusların özləri ilə də görüşüblər. Ailələrdə əhval-ruhiyyə yaxşıdır. AXCP-yə minnətdarlıq etdilər ki, vicdan məhbuslarını, siyasi məhbusları heç vaxt yaddan çıxarmırlar”.






