Aksiyaya səbəb sosial problemlərdir
AXCP-nin üzvü, Sabirabad rayonu, Cavad kənd sakini Ağammədov Süleyman Ağalar oğlu Bia.az-a açıqlamasında deyib ki, aclıq aksiyası ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Mərkəzi xəstəxanasına müraciət edib.
Ancaq onun müraciətləri bu günə qədər cavabsız qalıb: “Aclıq aksiyasını keçirməkdə məqsədim sosial problemlərdi. Özümə iş tapa bilmirəm. Mən ümidvaram ki, mənə bu aksiyada qoşulanlar olacaq”.
Mövzunu diqqətdə saxlayacağıq və Bia.az-ın xüsusi müxbiri sabah Sabirabada gedərək, aksiya iştirakçıları ilə görüşəcək.


