cavid-ziya

Ziya Məmmədov Cavid Qurbanova qəzəblənib

Nazir «Azəryolservis»in binadan çıxarılmasına qərar verib

Nəqliyyat Nazirliyinin xətti iə Gürcüstana ezam olunan 26 azərbaycanlı sürücünün qonşu ölkədə girov qalması “Azəryolservis”in şefi Cavid Qurbanovla nəqliyyat naziri Ziya Məmmədov arasında münasibətlərin korlanmasına səbəb olub. Qeyd edək ki, bu günlərdə həmin sürücülər mətbuata müraciət edərək Gürcüstana Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində işləmək üçün ezam olunduqlarını, lakin artıq 4 aydır maaşlarını ala bilmədiklərini bəyan etmişdilər.
Onlar vurğulamışdı ki, maaşlarını ala bilmədiklərindən evlərinə dönə bilmirlər və Gürcüstanda sanki girov saxlanılıblar.
Məlumatlara görə, Cavid Qurbanov bu məsələdə adının hallanmasından ehtiyat edərək məsuliyyəti Ziya Məmmədovun qardaşı Loğman Məmmədovun üzərinə yıxıb. Bildirilir ki, Cavid Qurbanovun yaxın ətrafı hər yerdə bildirir ki, sürücülərə maaş verilməməsinin səbəbkarı Loğman Məmmədovdur. Məlumata görə, bu söhbət Ziya Məmmədovun qulağına çatıb və nazir bundan bərk qəzəblənib. Ziya Məmmədov Cavid Qurbanovun bu hərəkətinə cavab olaraq ona dərhal zərbə endirib. Bildirilir ki, Ziya Məmmədovun qərarı ilə “Azəryolservis” yerləşdiyi binadan çıxarılır. Cavid Qurbanova 1 ay vaxt verilib ki, binadan çıxsın. Məlumatlara görə, Ziya Məmmədov “Azəryolservis”ə qardaşı Elton Məmmədova məxsus binalardan birində yer verib.