NATO PA prezidenti Azərbaycana səfər edəcək

NATO Parlament Assambleyasının prezidenti Karl Lamersin Azərbaycana səfəri planlaşdırılır.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, konkret tarixi mediaya açıqlanmayan səfərin cari ilin ortasında baş tutacağı gözlənilir.
Səfər çərçivəsində K.Lamersi NATO PA-nın Siyasi Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti müşahidə edəcək.