Gənclərin aksiyası davamlı olacaq

«Bu mitinqdən ruh almışıq, artıq növbəti aksiyanı planlaşdırırıq»

“Budəfəki mitinq gözləntilərimizi doğrultdu və biz bu aksiyaları davam etdirəcəyik”. Bunu, gənclərin 17 mart mitinqinin təşkilatçılarından olan AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyir.
Onun sözlərinə görə, mitinqdən dərhal sonra Gəncləri Müdafiə Komitəsinin iclası keçirilib və orada bu məsələ də müzakirə olunub: “Aksiyada iki mindən artıq gənc iştirak edirdi. Çox yaxşı çıxışlar oldu. Bütün çıxışlarda Azərbaycanın mənafeyi, gənclərin gələcəyi ilə bağlı məqamlar ifadə olundu. Ciddi mesajlar verildi. Müdafiə Komitəsi mitinqin nəticələrini müzakirə edib və nəticələrdən razı qalıb. Bu mitinqdən ruh almışıq və artıq növbəti aksiyanı planlaşdırırıq”.