Avtomobil körpüdən aşdı

Hadisə Sabunçu rayonunda baş verib

Bu gün Sabunçu rayonu Zabrat körpüsündən “Vaz-2107” markalı 90 HP 384 dövlət nömrə nişanlı avtomobil aşıb. Sabunçu rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, maşının aşmasına sürücünün yolu düzgün qiymətləndirməməsi və yola uyğun sürət seçməməsi səbəb olub.

Xoşbəxtlikdən sürücü ölməsə də, yaralanıb və xəstəxayana yerləşdirilib. Hazırda onun vəziyyəti normaldır və həyatı üçün heç bir təhlükə yoxdur.