Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanı tolerantlığa görə mükafata layiq görüblər. Ancaq Ərdoğan Almaniyanın Bohum şəhərində keçirilən təltif edilmə mərasiminə gəlməkdən imtina edib. Baş nazir bu addımını dünən Əfqanıstanda qəzaya uğrayan vertolyotda həlak olan 12 türk əsgərinin ölümü ilə əlaqələndirib. Mükafat “50 illik Türk-Alman dostluğu” münasibətilə təqdim edilir. Tədimatçısı “Steiger Awards” təşkilatı bildirib ki, mükafata açıqsözlü, insani keyfiyyətləri yüksək olan, dözümlü şəxslər layiq görülür.
azadliq.info