Qəzzafinin dördüncü oğlu Hannibal Liviyadakı vətəndaş müharibəsindən əvvəl 3500 nəfərlik tutumu , daxilində akula saxlamaq üçün şəraiti olan gəmi sifariş edibmiş. Bu haqda İngiltərənin “The Daily Telegraph” qəzeti yazır. Liviyanın dəniz gəmiçiliyinə nəzarət edən Hannibal “Phoenicia” laynerini əldə edib. Laynerin daxilində dəniz suyunda üzə bilən iki ağ, iki timsah akulası, iki qara akula üçün bölmələr yaradılmasını sifariş edib. Heyvanların qayğısına qalmaq üçün gəmidə 4 bioloq xidmət göstərəcəkmiş. Hannibal Əlcəzairə qaçdıqdan sonra gəmini satışa çıxarıblar. Doqquz ay sonra gəmini “MSC Cruises” şirkəti alıb. Gəmini alan şirkət 2013-cü ildə kruzilər təşkil etməyi düşünür. Yeni dizaynda akulalar saxlamaq üçün yer olmayacaq.
azadliq.info