Ərdoğan “Həmas” lideri ilə görüşəcək

Türkiyəyə səfər edən “Həmas təşkilatının siyasi lideri Xalid Meşal bugün Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşəcək. Ərdoğanla görüşən Meşal “İlk olaraq Fələstin problemini müzakirə edəcəyik” deyə bildirib. “Həmas” ilə Fələstinin digər təşkilatı “Əl-Fətih” arasında aparılan danışıqlarda müsbət nəticələrin olduğunu bildirən Ərdoğan bu məsələnin də müzakirə olunacağını qeyd edib. 
azadliq.info